Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun […]
08.02.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda məruzə edəcək. Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılacaq. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan yanaşma təklif […]
07.02.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edəcək. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması veriləcək. Daha ətrafl>> © […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda dosent Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər haqqında danışılıb. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes çevirməsinin çəkili […]
“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda çıxış edib. Məruzədə indefinit çəki funksiyalı və Dirixle sərhəd şərtli ikinci tərtib yarı-xətti müntəzəm elliptik tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin xətti məsələnin baş […]
02.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər barədə danışılacaq. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes […]