Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda seminar keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun  «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda çıxış edib. Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılıb. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan […]

E L A N

09.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda məruzəsi olacaq. Məruzədə Kantoroviç operatorunun Lebeq fəzalarında maksimal funksiya vasitəsi ilə bəzi qiymətləndirmələri müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun […]

E L A N

08.02.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda məruzə edəcək. Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılacaq. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan yanaşma təklif […]

E L A N

07.02.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edəcək. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması veriləcək. Daha ətrafl>> © […]

“İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda dosent Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər haqqında danışılıb. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes çevirməsinin çəkili […]

Faydalı linklər