Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

15 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Rzayeva Nigar Abuzər qızı “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı məruzə ilə çıxış edəcəkdir. Çıxışda hiperbolik tənliklər sistemi üçün Dirixle sərhəd şərtli qarışıq […]

“Diferensial tənliklər” şöbəsinin “Akustik sərhəd şərtlərinə gətirilən fiziki model” mövzusunda seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dovlət Universitetinin dosenti Sevda İsayeva “Akustik sərhəd şərtlərinə gətirilən fiziki model” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Xardi tipli bərabərsizliklər və Morri tipli fəzaların dual fəzaları” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “Xardi tipli bərabərsizliklər və Morri tipli fəzaların dual fəzaları” mövzusunda məruzə edib. Məruzədə düz və tərs Xardi tipli bərabərsizliklər barədə danışılıb və bu bərabərsizliklərin Morri tipli fəzaların dual və pre-dual fəzalarının araşdırılmasında rolu müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

“Hesablama riyaziyyatı və informatika” şöbəsinin “Qeyri-xətti dinamik sistemlərin faza fəzalarında bifurkasiyalar, hesablama eksperimentləri və idarə olunma problemi” mövzusunda seminarı keçirilib

“Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında şöbə müdiri vəzifəsini icra edən t.e.n. Nəsən Nağıyev “Qeyri-xətti dinamik sistemlərin faza fəzalarında bifurkasiyalar, hesablama eksperimentləri və idarə olunma problemi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sənaye tipli obyektlərin idarəetmə praktikasında müşahidə olunan bir sıra kritik effektlər diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi baxıımından təhlil edilib. Kompüter simulyasiya vasitələri əsasında […]

E L A N

10.05.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “Xardi tipli bərabərsizliklər və Morri tipli fəzaların dual fəzaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə düz və tərs Xardi tipli bərabərsizliklər barədə danışılacaq və bu bərabərsizliklərin Morri tipli fəzaların dual və pre-dual fəzalarının araşdırılmasında rolu müzakirə ediləcəkdir. © Bütün hüquqlar […]

E L A N

10 may 2017-ci il tarixdə “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcəkdir. Seminarda doktorant Asya Məmmədkərim qızı Quliyevanın 1212.01 – riyazi fizika tənlikləri ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Yeni mənada qoşma operatorun qurulması və tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər