22.11.2017-ci il tarixində Ümuminstitut seminarında ”Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Bir sinif qeyri-müntəzəm cırlaşan elliptik tənliklərin keyfiyyət xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Çıxışda çəkili qeyri-müntəzəm cırlaşan elliptik tənliklər üçün Mozer, Hölder və Harnak bərabərsizlikləri öyrənilir, bunların köməyi ilə fundamental həllin qiymətləndirilməsi isbat olunur. © Bütün […]
20.11.2017-ci il saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, dosent Güldəstə Akif qızı Məmmədova “Müxtəlif üsullarla asılmış lövhənin Vinkler döşəməsi üzərində sərbəst rəqsləri” mövzusunda məruzəsi olacaqdır. Baxılan məsələlərdə müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, halqavari kütlə ilə bərkidilmə hallarında dairəvi lövhənin rəqsləri məsələlərinə baxılmışdır. Eyni […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda çıxış edib. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqında olub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq Nağıyev “Qaz–maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edib. Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim edilib. […]
16.11.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda məruzə edəcəkdir. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqındadır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
15.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq Nağıyev “Qaz – maye mühitlərində səs dalğaların sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edəcəkdir. Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim ediləcək. Eksperimentdə aşkar edilmiş həll edilə […]