Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

21.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda məruzəsi olacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin ” G – metrikalı Hilbert fəzalarında xətti operatorlar” mövzusunda seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “G – metrikalı Hilbert fəzalarında xətti operatorlar” mövzusunda çıxış edib. Məruzədə hermit-bixətti (G -) metrikası ilə təchiz olunan Hilbert fəzalarında xətti operatorlar nəzəriyyəsinin əsas faktları şərh olunub. Xüsusi halda, praktikada daha çox rast gəlinən, sərhəd şərtlərinə spektral parametr daxil olan diferensial operatroların […]

”Riyazi fizika tənlikləri” şöbəsinin ”Heyzenberq və Karno qrupları” mövzusunda seminarı keçirilib

”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov və aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev ”Heyzenberq və Karno qrupları” mövzusunda məruzə ilə birgə çıxış etmişdilər. Məruzə zamanı ”Carnot-Caratheodory metrique” metrikasının tərifi verilmiş, əsas xassələri və Heyzenberq qrupu ilə əlaqənin olub, olmaması məsələsi müzakirə […]

“Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin proffessoru Asəf İsgəndərov “Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda məruzə edib. Mərüzədə konstruksiyaların diaqnostika modelləri şərh olunaraq, termoelastik konstruksiyalar üçün məsələ ətraflı baxılıb. Alınmış riyazi məsələnin həlli üçün varlıq və yeganəlik teoremi isbat edilir. Ədədi həll üçün iterasiyalarla requlyarlaşdırma üsulu istifadə edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

21.04.2017-cı il saat 12:00-da «Cəbr və riyazi məntiq» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi f.-r.e.n Aydın Şahbazov “Normalı cəbrlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə cəbri əməllərlə norma arasındakı əlaqə haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Qeyri-harmonik analiz” şöbəsinin “Çəkili Morri-Sobolev fəzasında triqonometrik sistemlərin bazisliyi” mövzusunda seminarı keçiriləcək

19.04.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçirilicək. Seminarda şöbənin böyük elmi işçisi , f.-r.e.n. Valid Fətəli oğlu Salmanov “Çəkili Morri-Sobolev fəzasında triqonometrik sistemlərin bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə triqonometrik sistemlərinin çəkili Morri-Sobolev fəzalarında bazisliyi araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər