Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda seminarının davamı keçirilib

Bu gün saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirildi. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı oldu. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışlıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

17.04.2017-ci il saat 12:00-da AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda  seminar keçirilib

«Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzədə 3 […]

”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilib

12.04.2017-ci il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələri haqqında məruzəsini davam etdirmişdi. Müzakirə zamanı H1 Heyzenberq qrupu, orada qrup əməli, bu əməllə bağlı diferensial […]

E L A N

14.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

13.04.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər