03.11.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzasında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzasında Riss potensialı və onun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Talıblı “İxtiyari həndəsi ölçülü cismlərin korroziya dağılmasının bir fenomenoloji nəzəriyyəsi haqqında” mövzusunda məruzə edib. Çıxışda ixtiyari həndəsi ölçülü cismlərin gərginlik altında koroziya dağılmalarının bir fenomenoloji nəzəriyyəsi təqdim olunub. Bu nəzəriyyə aqressiv mühitlərdə işləyən konstruksiya elementlərinin korroziya […]
01.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Talıblı “İxtiyari həndəsi ölçülü cismlərin korroziya dağılmasının bir fenomenoloji nəzəriyyəsi haqqında” mövzusunda məruzə edəcəkdir. Çıxışda ixtiyari həndəsi ölçülü cismlərin gərginlik altında koroziya dağılmalarının bir fenomenoloji nəzəriyyəsi təqdim olunur. Bu nəzəriyyə aqressiv mühitlərdə işləyən konstruksiya elementlərinin korroziya dağılmalarının vaxtını və yerini proqnozlaşdırmağa imkan verir. […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazim qızı “Şredinger operatorunun doğurduğu kəsr inteqralının və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Şredinger operatorunun doğurduğu kəsr inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün kafi şərtlər […]
27.10.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Şredinger operatorunun doğurduğu kəsr inteqralının və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Şredinger operatorunun doğurduğu kəsr inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Professor “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n, dos. Raisa Kazımovanı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən elmi və marifçilik xidmətlərinə görə “Dahi Yekaterina” ordeni ilə təltif olunması münasibəti ilə […]