Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

25.10.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə iterativ Xardi tipli bərabərsizliklər barədə danışılacaq. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Xardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stieltes çevirməsinin çəkili Lebeq fəzalarında məhdudluğunun öyrənilməsində […]

“Riyazi analiz” şöbəsinin “Orliç fəzasında Riss potensial operator və onun kommutatoru” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Orliç fəzasında Riss potensial operator və onun kommutatoru” mövzusunda məruzə edib. Məruzədə Orliç fəzasında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Optimal İdarəetmə” şöbəsinin ” Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda seminarı keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda çıxış edib. Məruzədə Veyerştras variyasiyası vasitəsilə Veyerştras şərtinin isbatı təqdim olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Riyaziyyat və Mexanika Institutunun kitabxanasına daxil olan yeni jurnallar

1.Дифференциальные уравнения. – 2017, т.53, №9; 2.Функциональный анализ и его приложения. – 2017, т.56,в.3; 3.Успехи математических наук – 2017, т.72 в.4; 4.РЖ.Механика деформируемого твердого тела – 2017,№ 9. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

20.10.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Orliç fəzasında Riss potensial operator və onun kommutatoru” mövzusunda məruzə edəcəkdir. Məruzədə Orliç fəzasında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaqdır. © Bütün hüquqlar […]

Ümuminstitut seminarı keçirirlib

Bu gün Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.f.d., dos. Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, f.ü.f.d. Aynurə Cəfərova çıxış edib. Çıxış zamanı gənc alimlər 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetində “Kvant kimyasında riyazi metodlar”mövzusunda keçirilən beynəlxalq konfransda məruzələri haqqında hesabat veriblər. Onu da qeyd […]

Faydalı linklər