16.10.2017-ci il saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda şöbənin professoru Cəfər Həsənağa oğlu Ağalarovun “Müxtəlif üsullarla asılmış lövhənin sərbəst rəqsləri” mövzusunda məruzəsi olacaqdır. Dinamik oblastda müxtəlif dalğa hallarında lövhənin rəqslərinə baxılmışdır. Baxılan işlərdə lövhənin sərbəst rəqsləri üçün analitik ifadə alınmır. Baxılan məsələlərdə müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Ümumiləşmiş Sass operatoru üçün approksimasiya teoremləri” mövzusunda məruzəsi olub. Məruzədə birdəyişənli ümumiləşmiş Sass operatoru üçün bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
13.10.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Ümumiləşmiş Sass operatoru üçün approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə birdəyişənli ümumiləşmiş Sass operatoru üçün bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
12.10.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir. Məruzədə sağ tərəfdə naməlum əmsallı (fəza koordinatlarından və ya zamandan asılı) parabolik tip tənlik üçün tərs məsələlərə baxılacaq. Xüsusi halda, bu […]
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edib. Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
11.10.2017 –ci il saat 10.00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunacaq. © Bütün hüquqlar qorunur. […]