01.05.2017-ci il saat 12:00-da AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunun davamı olaraq məruzəsi olacaqdır. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçiriləcək. Seminarda dos. Sevda İsayeva “Akustik sərhəd şərtləri” adlı mövzu ilə çıxış edəcək. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
28.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar […]
Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
26.04.2017-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı ” mövzusunda məruzə edəcəkdir. Hilbert və Banax fəzalarında freymlərə baxılır və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında […]