“Cəbr və riyazi məntiq” şöbəsinin “Topoloji cəbrlər” mövzusunda seminarı keçirilib. 14.04.2017-ci il tarixində saat 12:00-da “Cəbr və riyazi məntiq” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi , f.-r.e.n. Aydın İsrafil oğlu Şahbazov “Topoloji cəbrlərdə inikaslar” mövzusunda məruzə edib. Məruzədə topoloji cəbrlərdə inikaslar və onların xassələri araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
Bu gün saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirildi. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı oldu. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışlıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
17.04.2017-ci il saat 12:00-da AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
«Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzədə 3 […]
12.04.2017-ci il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələri haqqında məruzəsini davam etdirmişdi. Müzakirə zamanı H1 Heyzenberq qrupu, orada qrup əməli, bu əməllə bağlı diferensial […]
14.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.