Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Elastiklik və plastiklik” şöbəsinin “Qeyribircins ortotrop slindrik örtüklərin xarici mühitin müqaviməti nəzərə alınmaqla rəqsi hərəkətləri” mövzusunda seminarı keçirilib

“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.d., prof. Vaqif Camal oğlu Hacıyev “Qeyribircins ortotrop slindrik örtüklərin xarici mühitin müqaviməti nəzərə alınmaqla rəqsi hərəkətləri” mövzusunda məruzə edib. Məruzədə ortotrop qeyri bircins lövhələrin, örtüklərin dayanıqlığı və rəqsləri məsələsi, müxtəlif xarici mühitin müqaviməti nəzərə alınmaqla həlləri müzakirə olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

12.04.2017 tarixində saat 12:00-da ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarında professor Fərman Məmmədov Cristian E. Gutierrez və Federico Tournier-in ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsində alınmış nəticələr haqqında məruzəsini davam edəcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

12.04.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun tətbiqi riyaziyyat kafedrasının dosenti f.-r.e.n. Elşad Hətəm oğlu Eyvazov “Çox solenoidli Aharonov-Bohm potensiallı maqnit sahəsinin və divergensiyasının təsviri” mövzusunda məruzə edəcəkdir. İşdə çox solenoidli Aharonov-Bohm potensialı üçün maqnit sahəsi və divergensiyasının aşkar düsturları tapılmışdir. Bu potensialın riyazi mahiyyəti açıqlanmışdır. Onların sonlu sayda nazik solenoidlərə mərkəzləşmiş sinqulyar ümumiləşmiş finksiyalar […]

E L A N

12.04.2017-сi il tarixində saat 13.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti iclası keçiriləcəkdir. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Membranın sərbəst rəqsləri” mövzusunda çıxış edəcəkdir. Məruzədə qulaq pərdəsinə praktik olaraq, vinkler özül üzərinə sərilmiş membran kimi baxılmasından danışılır. Beləliklə, vinkler özül üzərində yerləşmiş və konturları elastiki bərkidilmiş membranın rəqsi hərəkətini öyrənən məsələ tədqiq edilir. Arzu […]

“Riyazi analiz” şöbəsinin “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib

07.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizov “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Cəbr və riyazi məntiq” şöbəsinin “Topoloji cəbrlər” mövzusunda seminarı keçirilib

Bu gün saat 12:00-da “Cəbr və riyazi məntiq” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi , f.-r.e.n. Aydın İsrafil oğlu Şahbazov “Topoloji cəbrlər” mövzusunda məruzə edib. Məruzədə topoloji cəbrlərdə cəbri əməllərin və topologiyanın verilməsi, onların bir-biri ilə əlaqəsi araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər