Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub. 27.01.2017 tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin […]

E L A N

25.01.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında […]

“KƏSİLMƏZ FREYMLƏRİN NÖTER HƏYƏCANLANMASI HAQQINDA” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında f.-r.e.n., dos. Miqdad İmdad oğlu İsmayılov «KƏSİLMƏZ FREYMLƏRİN NÖTER HƏYƏCANLANMASI HAQQINDA» mövzusunda məruzə edib. Məruzə kəsilməz freymlərin Nöter həyəcanlanmasının öyrənilməsinə həsr olunmuşdur. Hilbert fəzalarında kəsilməz freymlərin Nöter həyəcanlanması haqqında teorem isbat edilib. Bundan əlavə Banax fəzalarında Banax kəsilməz freymi və kəsilməz atomar ayrılışı anlayışları daxil edilib, onların Nöter həyəcanlanması ilə bağlı nəticələr […]

E L A N

18.01.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında f.-r.e.n., dos. Miqdad İmdad oğlu İsmayılov «KƏSILMƏZ FREYMLƏRIN NÖTER HƏYƏCANLANMASI HAQQINDA» mövzusunda məruzə edəcəkdir. Məruzə kəsilməz freymlərin Nöter həyəcanlanmasının öyrənilməsinə həsr olunmuşdur. Hilbert fəzalarında kəsilməz freymlərin Nöter həyəcanlanması haqqında teorem isbat edilib. Bundan əlavə Banax fəzalarında Banax kəsilməz freymi və kəsilməz atomar ayrılışı anlayışları daxil edilir, onların Nöter həyəcanlanması […]

“Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarında RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edib. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə xarakterizə olunan pilləsiz transmissiyalı (variator) intiqalın diferensial tənlikləri müzakirə olunub. Friksion sürüşmələri də nominal […]

E L A N

Obyektiv səbəbdən Ümuminstitut seminarı 3-cü gün yox, 4-cü gün – 22 dekabr  saat 10:00-da keçiriləcək. Seminarda RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edəcək. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə […]