Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

03.02.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin “Orliç fəzasında Riss potensialı və onun kommutatorları” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Orlic fəzasında Riss potensialı və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaqdır. © […]

“Dördüncü tərtib diferensial operator ifadəsi ilə doğrulmuş operatorun spektri və izi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi r.e.d. Nigar M. Aslanova “Dördüncü tərtib diferensial operator ifadəsi ilə doğrulmuş operatorun spektri və izi haqqında” mövzusunda məruzə edib. Məruzədə sonlu parçada operator potensiallı dördüncü tərtib diferensial tənlik üçün spektral parametrdən asılı sərhəd şərti ilə verilmiş sərhəd məsələlərinə baxılıb. Bu məsələlərə uyğun öz-özünə qoşma operatorlar təyin […]

E L A N

01.02.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi r.e.d. Nigar M. Aslanova “Dördüncü tərtib diferensial operator ifadəsi ilə doğrulmuş operatorun spektri və izi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə sonlu parçada operator potensiallı dördüncü tərtib diferensial tənlik üçün spektral parametrdən asılı sərhəd şərti ilə verilmiş sərhəd məsələlərinə baxılacaq. Bu məsələlərə uyğun öz-özünə […]

“Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edib. Məruzədə toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında iş yerlərində, məişətdə dəm qazı […]

E L A N

Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub. 27.01.2017 tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin […]

E L A N

25.01.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında […]

Faydalı linklər