Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

27.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin professoru Heybətqulu Səfər oğlu Mustafayev “Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Banax cəbrlərinin multiplikatorları nəzəriyyəsindən və bu nəzəriyyənin bəzi klassik nəticələrindən bəhs ediləcəkdir. Əsasən Furye cəbrlərinin multiplikatorlarının bəzi erqodik xüsusiyyətlərindən danışılacaqdır. Daha sonra, Furye cəbrlərində bəzi klassik nəticələri ümumiləşdirən məsafə düsturları veriləcəkdir. […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev məruzə edəcək

22.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda prof. V.S. Quliyev “Ölçülü kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə ölçü ilə təhciz edilmiş kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında supremal bərabərsizlikləri haqqında danışılacaq. © […]

“Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunub. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulub. © Bütün hüquqlar […]

E L A N

20.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka  “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunacaqdır. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulacaqdır. […]

“Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli intaqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli intaqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması” mövzusunda məruzə edib. Məruzə həqiqi oxda ümumiləşmiş inteqralların xassələrinə, ümumiləşmiş inteqral anlayışlarından istifadə etməklə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinin araşdırılmasına və həqiqi oxda sonlu kompleks […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov məruzə edəcək

15.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Ümumiləşmiş hamarlığı olan Besov fəzaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş hamarlığı olan Besov fəzalarının müxtəlif modifə olunmuş variantlarına baxılır. Müxtəlif çəki funksiyaları sinfi və buna uyğun çəkili Besov fəzaları təyin edilir. […]