Riyaziyyat və Mexanika İnstitutunda digər nüfuzlu xarici ölkələrin institut və universitetləri ilə beynəlxalq əlaqələr, birgə əməkdaşlıq və elmi tədqiqatların aparılması ənənəvi olaraq davam etdirilir. Ənənəmizə sadiq qalaraq Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Viktor Burenkov 12.02.2016-21.02.2016 tarixlərində institutumuzda qonaq olacaqdır. Məqsəd beynəlxalq elmi əlaqələri dərinləşdirmək və elmi əməkdaşlığı möhkəmləndirməkdir. Səfər müddətində 17.02.2016 tarxi saat 10:00-da Ümuminstitut […]
Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Şükürov “Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edib. Məruzədə aşağıdakı mövzular ətrafında müzakirələr aparılmışdır: Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi; Üstlü sistemlərin […]
09/02/2016
10.02.2016-cı il tarixində “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elmi işçisi Kəklik Rüstəmova “KİPLƏŞDİRİCİNİN DAXİLİ SƏTHİ İLƏ SİLİNDRİN DİVARI ARASINDA KONTAKT GƏRGİNLİYİNİN PAYLANMA XARAKTERİNİN TƏYİNİ ” adlı məruzə ilə çıxış edəcək. Nəzəri tədqiqatlar əsasında kipləşdirici elementin birtərəfli sıxılması zamanı onun daxili səthi ilə silindrin divarı arasında yaranan kontakt gərginliyinin kipləşdiricinin həndəsi ölçülərindən və mexaniki göstəricilərindən […]
10.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi A.Ş. Şükürov “Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə aşağıdakı mövzular ətrafında müzakirələr aparılması nəzərdə tutulmuşdur: Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi; Üstlü […]
Bu gün Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edib. Məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub. Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq edilmişdir, dairəvi və halqaşəkilli […]
03.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edəcəkdir. Bu məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub. Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq […]