Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Qeyri – xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri–xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev məruzə edib. Məruzədə qeyri-xətti hiperbolik tənliklər sistemi üçün qlobal həll olunan və qlobal həll oluna bilməyən məsələlər haqqında danışılıb. Bu istiqamətdə aparılmış əsas araşdırmalar haqqında məlumat verilib. Sonra struktur […]

E L A N

06.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Qeyri – xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-xətti hiperbolik tənliklər sistemi üçün qlobal həll olunan və qlobal həll oluna bilməyən məsələlər haqqında danışılacaqdır. Bu istiqamətdə aparılmış əsas araşdırmalar haqqında məlumat veriləcəkdir. Sonra struktur dissipasiyalı yarım-xətti psevdohiperbolik […]

ELAN

22.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Cavad oğlu Həsənov “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunmuşdur.

ELAN

15.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun əməkdaşı, professor Yu. D. Çaşeçkin “Maye-lərin diferensial mexanikası – yeni nəsil modellər” mövzusunda məruzə edəcəkdir. Təbiət və sənaye şəraitlərində axının bütün növləri öz sturukturları ilə xarakterizə olunur ki, yüksək qradiyentli sərhəddi ayıran böyük axın komponenetlərinin mövcudluğu uzaq zondlaşdırma texnikasının inkişafında optik və akustik […]

E L A N

10 aprel 2015-ci il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Leyla İbrahim qızı Məmmədovanın “Əmsalı ümumiləşmiş funksiya olan kvadratik Şturm-Liuvill operatorlar dəstəsi üçün düz və tərs məsələlər” mövzusunda və Orxan Soltan oğlu Əliyevin “Elliptik və parabolik […]

E L A N

08.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Soltanağa oğlu Mirzəyev  “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılacaq.

Faydalı linklər