10.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Əbdürrəhim Fərman oğlu Quliyev “AMEA-nın müxbir üzvü, prof. İlham T. Məmmədovun anadan olmasının 60 illiyi ” ilə əlaqədar məruzə edəcəkdir. Məruzədə prof. İ.T.Məmmədovun həyat və elmi fəaliyyəti haqqında danışılacaqdır.
03.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “İrsi elastik cisimlərin uzunmüddətli zədələnmə və uzunmüddətli möhkəmlik şərtləri. Bir paradoksun həlli” mövzusunda məruzə edəcəkdir. İrsi elastik cisimlərdə zədələrin yığılması prosesinin keyfiyyətcə fərqli kinetik tənliyi qurulmuşdur. Bu tənlik isri elastik cisimlərdə zədələrin əmələ gəlməsi və yığılması prosesinin başlanğıcının deformasiya […]
Mayın 27-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Qasımov məruzə edib. Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılıb. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunub. Alt fəzaların […]
27.05.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Benser oğlu Qasımov “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılır. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunur. Alt fəzaların izomorf olduğu […]
May 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib. Seminarda Dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərdən danışılıb: 1. Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) 2. Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]
20.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edəcəkdir. Seminarda dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərin təqdimatı da nəzərdə tutulur: * Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) * Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]