09/04/2015
10 aprel 2015-ci il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Leyla İbrahim qızı Məmmədovanın “Əmsalı ümumiləşmiş funksiya olan kvadratik Şturm-Liuvill operatorlar dəstəsi üçün düz və tərs məsələlər” mövzusunda və Orxan Soltan oğlu Əliyevin “Elliptik və parabolik […]
08.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Soltanağa oğlu Mirzəyev “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılacaq.
01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə etmişdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılmışdır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]
01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]
FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOV – 1930-cu il martın 20-də – Novruz bayramında Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultiəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, adi aspirantdan, Riyaziyyat və Mexanika İnstitutunyn direktoru və Azərbaycan […]
11.03.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif Səlimov “Anti-Hermit həndəsənin inkişafında son nəticələr” mövzusunda məruzə edəcəkdir. Siqnaturası neytral olan qoşma Norden metrikasının ödədiyi Kodassi tənliyinin vasitəsilə Hermit çoxobrazlılarının alt sinifi olan anti-Keler-Kodassi çoxobrazlıları müəllif tərəfindən daxil edilmişdir. Daha sonra Ricci-ulduz tenzorları təyin edilərək, onların köməkliyi ilə anti-Keler-Kodassi çoxobrazlılarının xarakteristikası […]