Noyabrın 26-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. “Qeyri-müəyyənlik və iqtisadi risk şəraitində neft yatağı işlənməsi investisiya layihəsinin optimal variantının seçimi” mövzusuna həsr olunan seminarda institutun “Maye və qaz mexanikası” şöbəsinin aparıcı elmi işçisi, t.e.n. Eldar Abbasov məruzə edib. Məruzədə oyunlar nəzəriyyəsinin müxtəlif minimaks meyarları üzrə hesablamaların nəticələrinin ekspert qiymətləndirmələri (Laplace, Hurwitz, Wald, […]
21/11/2014
26.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Maye və qaz mexanikası” şöbəsinin aparıcı elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Qeyri-müəyyənlik və iqtisadi risk şəraitində neft yatağı işlənməsi investisiya layihəsinin optimal variantının seçimi” mövzusunda məruzə edəcəkdir. Məruzədə oyunlar nəzəriyyəsinin müxtəlif minimaks meyarları üzrə hesablamaların nəticələrinin ekspert qiymətləndirmələri (Laplace, Hurwitz, Wald, Savage, Hodge-Lehmann) və həmçinin L. […]
19.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Feyruz oğlu Əfəndiyev “ Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analizi tədqiq edilmişdir. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. Tərs məsələnin konstruktiv […]
07/11/2014
12.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Həsənağa oğlu Ağalarov “Elastik maye ilə doldurulmuş sferik örtüyün sərbəst rəqsləri”mövzusunda məruzə edəcəkdir. Nazik elastik sferik örtüyə baxılır. Örtüyün daxili daha kiçik elastiki modulu olan elastiki mühit ilə doldurulub. Sferik sistemlə hərəkət tənlikləri yazılmış və sərhədlərində kontakt şərtlərindən istifadə edərək hərəkət […]
31/10/2014
05.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün sərhəd məsələlərinin həll […]
29/10/2014
AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin 2014-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması haqqında 29 oktyabr 2014-ci il saat 11:30 «Elastiklik və plastiklik nəzəriyyəsi» f-r.e.d., prof. V.C.Hacıyev Elmi Texniki İnformasiya laborat., Kitabxana, «Hesablama texnikası vasitələri» labor. 03 noyabr 2014-ci il saat 11:00 «Cəbr və riyazi məntiq» f-r.e.n.,dos. Ə.Ə.Babayev «Tətbiqi riyaziyyat» f-r.e.d., prof. Q.Q.Əliyev 04 […]