04.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” institutunun “Quyuların istismar usullarının layihələndirilməsi və optimallaşdırılması”şöbəsinin müdiri, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda qeyri-stasionar süzülmə prosesi riyazi […]
Yanvarın 28-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi”mövzusunda Ümumistitut seminarı keçirilib. Seminarında institutun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Nigar Aslanova məruzə edib. Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış […]
28.01.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Aslanova Nigar Məhər qızı “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqinə […]
21.01.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri, f-r.e.d, prof. Qabil Qəribxan oğlu Əliyev “ Kiçik ölçülü sistemlərdə hidromexanika nəzəriyyəsi” mövzusunda məruzə edəcəkdir. Tədqiqat riyazi fizikanın bir qeyri klassik probleminin həll olunması ilə əlaqədardır. Tətqiqatın məqsədi, bərk cisimlə maye arasinda olan fiziki sahənin təsiri nəzərə alınmaqla, kiçik ölçülü sistemlərdə mayenin hidromexanika nəzəriyyəsini yaratmaqdan […]
Tarix Şöbə 14 yanvar FUNKSİONAL ANALİZ 21 yanvar TƏTBİQİ RİYAZİYYAT 28 yanvar DİFERENSİAL TƏNLİKLƏR 4 fevral ELASTİKLİK VƏ PLASTİKLİK NƏZƏRİYYƏSİ 11 fevral RİYAZİ ANALİZ 18 fevral FUNKSİYALAR NƏZƏRİYYƏSİ 25 fevral RİYAZİ FİZİKA TƏNLİKLƏRİ 4 mart DALĞA DİNAMİKASI 11 mart CƏBR VƏ RİYAZİ MƏNTİQ 18 mart QEYRİ-HARMONİK ANALİZ 25 mart FUNKSİONAL ANALİZ 1aprel SÜRÜNCƏKLİK NƏZƏRİYYƏSİ 8 […]
14.01.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Vəli Məhərrəm oğlu Qurbanovun «Diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə spektral ayrılışların birgə yığılma məsələləri» mövzusunda məruzə edəcəkdir. Məruzədə ixtiyarı tərtib adi diferensial operatora uyğun məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə müxtəlif funksional fəzalardan olan funksiyaların biortoqonal ayrılışlarının […]