Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

AHİK Üzvləri Üçün Xüsusi Təklif! Sizi dəyərinin 15% -ni  ödəməklə  7 və ya 14 gün ( 3 dəfə gidalanmaqla) tam müalicə paketi təklif edirik -“Bilgəh” kardioloji sanatoriyası – “Abşeron” mədə-bağırsaq sanatoriyası – “Qaranquş” uroloji sanatoriyası – “Günəşli” nevroloji sanatoriyası – “Şıx” sanatoriyası (dayaq –hərəkət sistemi xəstəliklərinin müalicəsi) – Buzovna  Fizioterapiya Mərkəzi – Xəzər Turist Bazası […]

ELAN

20.05.2025-ci il tarixində saat 12:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Riyazi analiz ” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda ADA Universitetinin baş müəllimi,r.ü.f.d. Cavanşir Əzizov “Çəkili Morri fəzalarında Buerlig-Alfors kommutatorunun məhdudluğu haqqında” məruzə ilə çıxış edəcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində, 21 may 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov […]

ELAN

İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək. 23–25 iyun 2025-ci il tarixlərində İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək. TURAN25 simpoziumunun məqsədi bütün türk dövlətlərindən olan dəyərli alim və tədqiqatçıları bir araya gətirərək, “bir millət, iki dövlət” prinsipi əsasında əməkdaşlıq və akademik əlaqələri gücləndirməkdir. TURAN25 […]

ELAN

15.04.2025-ci il tarixində saat 10:30-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnatitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi r.e.d. Yusif Qasımov “Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir ölçülü Pauli operatoru üçün məhdud oblastlarda qoyulmuş sərhəd məsələləri, baxılan məsələlərin həlləri triqonometik […]

Riyaziyyat və Mexanika İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir: İxtisasın şifriəyani   İxtsasın adı                       Doktorantura Cəmi əyani Qiyabi 1202.01 Analiz və funksional analiz 2 2  (GDU üçün 1 məqsədli yer) 1211.01 Diferensial tənliklər […]