Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

29.10.2025-ci il tarixində saat 10:00–da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Məmmədovun 70 illik yubileyi münasibəti ilə elmi sessiya keçiriləcək. Elmi Sessiyada RMİ-nun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və “Riyazi-fizika tənlikləri” şöbəsinin müdiri fizika-riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev İlham Məmmədovun […]

ELAN

27-29 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində “Funksional analiz və tətbiqlərinin müasir problemləri” mövzusunda elmi vorkşop keçiriləcəkdir. Vorkşop çərçivəsində funksional analiz sahəsində aşağıdakı aktual mövzular müzakirə olunacaq: Sinqulyar potensiallı diferensial operatorlar Zəif əlaqəlik fenomeni Dayanıqsızlıq problemləri Robin Laplasianlarının yeni sinifləri Məruzə ilə çıxış […]

ELAN

23.10.2025-ci il tarixində  saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi”mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti […]

ELAN

22.10.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits […]

ELAN

16.10.2025-ci il tarixində  saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Maksimum prinsipinin variasiya hesabındakı Yakobi şərti ilə müqayisəsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə konkret misallar göstərilərək maksimum prinsipinin və Yakobi  şərtinin biri  digərinin nəticəsi olmaması […]

ELAN

Hörmətli həmkarlar! 15.10.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər