Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 oktyabr 2023-cü il tarixli iclasında saat 1400-da Rza İbrahim oğlu Ələsgərovun “Bir sinif diskret Dirak operatoru üçün spektral analizin tərs məsələsi və onun tətbiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz […]

ELAN

11 oktyabr 2023-cü il tarixində saat 12:00-da RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” və “Dalğa dinamikası” şöbələrinin birgə iclasında Aytən Hafiz qızı Mövsümovanın “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. İclasa qoşulmaq üçün […]

ELAN

04.10.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun  mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, f.r.e.n. Şirmayıl Həsən oğlu Bağırov «Yarım-xətti elliptik, parabolik tənliklər və tənliklər sisteminin xarici oblastlarda müsbət qlobal həllərinin yoxluğu» mövzusunda məruzə edəcəkdir. Məruzədə koordinat başlanğıcını daxilində saxlayan kompaktın xaricində zaman arqumentinə nəzərən periodik əmsallı yarım-xətti ikinci tərtib parabolik tənliyin müsbət qlobal […]

ELAN

11.10.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazovlov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edəcəkdir. Məruzənin xülasəsi. Müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların  köməyi ilə iki müsbət öz-özünə qoşma operator qurulur. Bu operatorlardan istifadə edilərək  fərqi birölçülü […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:    “Qeyri-harmonik analiz” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi Kiçik elmi işçi  -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Kiçik elmi işçi  -1 ştat vahidi   “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Elmi işçi  -1 ştat vahidi […]

ELAN

Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərən, bütün dünyada tətbiqi mexanika və neft-mədən mexanikasının nəzəri və praktik əsasları üzrə fundamental elmi istiqamətlərin banisi, dünya şöhrətli alim, mütəfəkkir, əməkdar elm xadimi akademik Azad Mirzəcanzadənin 29 sentyabr 2023-cü il tarixində anadan olmasının 95 illiyidir. Akademik Azad Mirzəcanzadənin yubileyinə həsr olunmuş “Elmi sessiya” 27 sentyabr 2023-cü il tarixində saat […]

Faydalı linklər