13/02/2023
22 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə […]
09/02/2023
14 fevral 2023-cü il tarixində saat 12.00-da RMİ-nın “Funksional analiz”, “Riyazi analiz” və “Qeyri-Harmonik analiz” şöbələrinin birgə iclasında Xəyyam Əli oğlu Bədəlovun «Riss potensiali və sinqulyar inteqral operatorlarin dəyişən dərəcəli çəkili Morri fəzalarinda məhdudluğu» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
01/02/2023
08 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Quliyev Əbdürrəhim “İstilikkeçirmə tənliyinin mənfi olmayan həlləri üçün artım tip teoremlər və onların tətbiqləri” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə istilikkeçirmə tənliyinin klassik mənfi olmayan həlləri üçün istilik tutumu və istilik potensialı terminlərində artım tip […]
13/01/2023
25 yanvar 2023-cü il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. İnstitutun “Funksional analiz ” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi”mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının […]
01/01/2023
11 yanvar 2023-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcəkdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir […]
06/12/2022
14 dekabr 2022-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarə keçiriləcək. Institutun “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Zamanla dəyişən gecikməyə malik müqavimət qüvvələrinin təsiri altında asma körpünün salınımlarının dinamikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə zamanla dəyişən gecikmə ilə körpü məsələsinin riyazi modeli nəzərdən keçirilir. Həllin mövcudluğu və unikallığı […]