19/10/2022
02.11.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda Şturm-Liuvil operatorunun bərpası haqqında son elmi nəticələr barədə məlumat vermək nəzərdə tutulur. © Bütün […]
13/10/2022
AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 1130– da AMEA-nın dairəvi akt zalında əməkdaşlarımız üçün “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimləri keçiriləcək. Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər. İcbari tibbi sığorta haqqında ümumi məlumat İcbari tibbi sığorta haqları İcbari […]
12/10/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 21 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-da Mehriban Məmməd qızı Yaqubovanın “Üç tərtibli bəzi xüsusi törəməli diferensial tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat elm […]
06/10/2022
Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 19 sentyabr 2022-ci il tarixli “Elm” qəzetində dərc olunmuş Elana əsasən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. V mərtəbə, 510-cu otaq, mühəndis-proqramlaşdırıcı Pərvanə Məsdan qızı Nəcəfova. E-mail: [email protected] Telefon: 539-91-92, AMEA Riyaziyyat […]
06/10/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 14 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-də Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər […]
06/10/2022
12 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında prof. Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə bütün oxda impedans şəkilli kəsilən əmsallı diferensial tənlik üçün düz və tərs məsələlərə baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.