Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

12.10.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda çıxış edəcəkdir. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi, möhkələndirilmiş  düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik  lövhələrin sərbəst rəqsləri […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında 21 oktyabr 2022-ci il tarixli  saat 1100-da Sevinc Məmməd qızı Yusubovanın “Transversal-isotrop sferik örtük üçün elastikiyyət nəzəriyyəsinin bəzi statik və dinamik məsələləri” mövzusunda 2002.01- Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq […]

ELAN

05 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında f.r.e.d., prof. Aqil Xanməmmədov “Həyəcanlanmış Hill tənliyi üçün səpilmənin tərs məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə həyəcanlanmış Hill tənliyi üçün səpilmənin tərs məsələsinin həlli barədə məlumat verilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 05 oktyabr 2022-ci il tarixli iclasında saat 12:00-da Xanım İsaxanovna Öməroğlunun “Harmonik analizin inteqral çevirmələrinin bəzi xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/9107253681?pwd=MjRsczZWaTFFR0V1V0VzcnJ1MGs3UT09   Seminarın elmi katib r.e.d., dosent Telman Qasımov © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

ELAN

28 sentyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında f.r.e.d., prof.  Vərqə Kələntərov “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə hidrodinamikanın müxtəlif dinamik problemlərini ifadə edən Navye-Stoks tənliklərinin modifikasiyası üçün başlanqıc-sərhəd məsələlərinin həllərinin qlobal xassələri araşdırılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

28.09.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda prof.  Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda çıxış edəcəkdir. Aqressiv mayenin təsirindən çubuğun dəyişən kütləsinin polimer çubuğun dinamik hərəkəti prosesinə təsiri öyrənilmişdir. Polimer çubuğun kütləsinin dəyişmə dərəcəsindən asılı olaraq, onun məxsusi […]

Faydalı linklər