16/09/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 19-23 sentyabr 2022-ci il tarixlərdə İrkutskı Dövlət Universitetində keçiriləcək “4-я международная конференция Динамические системы и компьютерные науки: теория и приложения”(DYSC 2022) adlı beynəlxalq konfransda, “Необходимые условия оптимальности для нового класса особых управлений” mövzusunda plenar məruzə ilə çıxış edəcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
15/09/2022
26 sentyabr 2022-ci il saat 10:30-da Anım Günü ilə əlaqədar AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçığı ilə İkinci Şəhidlər Xiyabanına ziyarət ediləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
14/09/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 23 sentyabr 2022-ci il tarixli iclasında saat 1400-da Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01– Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru […]
09/09/2022
14.09.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d., prof. Cəfər Ağalarov “Daxili yanacaq mühərriklərində sıxma dərəcənin əhəmiyyəti” mövzusunda çıxış edəcəkdir. Sıxma dərəcəsinin tənzimlənməsi mühərrikin effektinə təsir edir. Mühərrikin sürəti artanda silindirdə təzyiq azalır (faydalı iş əmsalı azalır). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]
05/09/2022
21 sentyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin diskret analoqlarının xassələrindən bəhs olunacaqdır. Diskret Hilbert və diskret […]
01/09/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 12 sentyabr 2022-ci il tarixli iclasında saat 10:30-da Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01-Analiz və fonksional analiz ixtisasında riyaziyyat üzrə Elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/82208851824?pwd=em5IK3hTdk15TGZWVzFsQ2grS0JXZz09 Meeting ID: […]