11/04/2022
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2022 il aprel ayinin 21-dək aşağıdakı sənədləri təqdim etməlidirlər: 1.Ərizə. 2.Şəxsiyyət vəsiqəsinin sürəti. 3.Elmi işlərin siyahısı. Sənədlər RMI -nun Təhsil şöbəsinə təqdim olunmalıdır 5-ci mərtəbə, otaq 506. TƏHSIL ŞÖBƏSI © […]
11/04/2022
19.04.2022-cu il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün […]
08/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 13 aprel 2022-ci il tarixli iclasında saat 1200-da Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/86725769500?pwd=bHZUTHUwV1JTbW9pSVQ2a1Z6Wi9SUT09 Passcode: 12345 Elmi katib © Bütün hüquqlar qorunur. […]
06/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 12 aprel 2022-ci il tarixli iclasında saat 1400-da Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: […]
06/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunda 13 aprel 2022-ci il tarixində saat 1030-da Əməkdar elm xadimi, əməkdar müəllim, AMEA-nın müxbir üzvü, SSRİ dövrünün ən yüksək mükafatı olan “Lenin”, iki dəfə “Qirmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunmuş görkəmli şəxsiyyət Maqsud Əlisimran oğlu Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi sessiya İnstitutun akt […]
06/04/2022
Bilgəh (25.04-09.05— 190AZN), Abşeron (16.04-30.04—160AZN), Abşeron (25.04-09.05 — 160AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.