Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

17 sentyabr 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirin qonağı 2020-ci il Vətən müharibəsi iştirakçısı, Həsənov Sənan Kamil oğlu olacaq.  Həsənov Sənan Kamil oğlu 1990-cı ildə Qubadlıda anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün düşüb. […]

ELAN

Hörmətli həmkarlar! 1 sentyabr 2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçiriləcək. İclas institutun akt zalında baş tutacaq. Qeyd edək ki, iclasda institutun şöbə müdirlərinin iştirakı mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Hörmətli həmkarlar! Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsi (YTB) tərəfindən həyata keçirilən “Dövlət qulluqçusu və akademik heyət üçün türk dilində ünsiyyət proqramı”nın keçirilməsi planlaşdırılır: Proqram 2025-ci il noyabr ayından başlayaraq Ankara şəhərində 8 ay müddətində keçiriləcək.İştirakçılar üçün aylıq ödəniş nəzərdə tutulmuşdur.Proqramı uğurla bitirən iştirakçılar sertifikatla təmin olunacaqdır. Kimlər iştirak edə bilər? […]

ELAN

Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti elmi müsabiqəni elan edir Müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Bu ilki müsabiqə “Gələcəyin Xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən […]

ELAN

18.06.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, professor Vüqar Elman oğlu İsmayılov “Bəzi bibliometrik göstəricilər və onların elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu haqqında” mövzusunda çıxış edəcəkdir. Məruzədə FWCI və CNCI adlı istninad təsiri göstəricilərinin elmi inkişafa baxışı necə formalaşdırdığı haqqında danışılacaq. […]

ELAN

Hörmətli həmkarlar! 23-29 iyun 2025-ci  il tarixlərində Nabranda yerləşən Təhsil İstirahət Mərkəzinə (yollayışlarının 15% dəyərini ödəməklə 1 həftəlik 1 nəfər üçün nəzərdə tutulan) istirahət təşkil edilir. Bir nəfər üçün ödəniş haqqı 75 AZN təşkil edir. Arzu edənlər Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadəyə müraciət etsin. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Faydalı linklər