24/09/2025
Hörmətli həmkarlar! Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim Holm Altenbachun iştirakı ilə vörkşop keçiriləcək. Seminar və görüşlərin proqramı: 29 sentyabr (Bazar ertəsi), 10:30 – 13:00“Sürüncəklik mexanikasının tarixi və elmi qrupun nəticələri” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317) 30 sentyabr […]
22/09/2025
Hörmətli həmkarlar! 28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi tərəfindən əməkdaşlarımız üçün Şamaxıya bir günlük gəzinti təşkil olunur. Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şamaxıda keçiriləcək bu gəzinti sizə təbiət qoynunda istirahət etmək, gündəlik iş rejimindən uzaqlaşmaq və kollektivlə xoş vaxt keçirmək imkanı yaradacaq. Gəzintidə iştirak etmək istəyən əməkdaşlardan Həmkarlar Komitəsinin […]
22/09/2025
24.09.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və […]
16/09/2025
17 sentyabr 2025-ci il tarixində saat 11:00- da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Elmi Şuranın növbəti iclası keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
15/09/2025
17 sentyabr 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirin qonağı 2020-ci il Vətən müharibəsi iştirakçısı, Həsənov Sənan Kamil oğlu olacaq. Həsənov Sənan Kamil oğlu 1990-cı ildə Qubadlıda anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün düşüb. […]
28/08/2025
Hörmətli həmkarlar! 1 sentyabr 2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçiriləcək. İclas institutun akt zalında baş tutacaq. Qeyd edək ki, iclasda institutun şöbə müdirlərinin iştirakı mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.