01/02/2022
Abşeron (09.02-23.02 — 150 AZN), Abşeron (26.02-12.03 — 150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01/02/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 11 fevral 2022-ci il tarixli iclasında saat 1100-da Miran İbrahim oğlu Ələsgərovun “Dəyişən dərəcəli Hardi siniflərində Riman sərhəd məsələləri və onun bazislik məsələlərinə tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us02web.zoom.us/j/7599600867?pwd=eHlyZHpXQkZDVENXOUtDT3c1c3VKUT09 Meeting […]
01/02/2022
11 fevral (cümə günü) saat 11.30-da “Cəbr və riyazi məntiq” şöbəsüinin növbəti seminarı keçiriləcək. MÖVZU: Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində silloqizm fiqurları haqqında. Məruzə Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində müqəddimələri kateqorik və modal təkliflərdən ibarət olan silloqizmlərə həsr edilmişdir. MƏRUZƏÇİ: Əli Babayev © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01/02/2022
Azərbaycan Milli Emlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirakı ilə Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik İbrahim İbiş oğlu İbrahimovun 110 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda Beynəlxalaq konfrans (29 iyun -1 iyul 2022-ci il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu) keçirir. © Bütün […]
01/02/2022
09 fevral 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzə elastik mühitlə əhatə olunmuş içi […]
01/02/2022
09.02.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda f.-r.e.n., dos. Məhsəti Rüstəmova “Sonuna kütlə bərkidilmiş silindrik torun hərəkəti” mövzusunda çıxış edəcəkdir. Məsələdə sonuna kütlə bərkidilmiş silindrik torun hərəkəti tədqiq edilir. Müəyyən andan sonra kütlə buraxılır və torda yayılan dalğalar tədqiq edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]