Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Elm” qəzetinin yeni sayında ölkəmizdə aparılan ən son tədqiqatlarla bağlı məlumatlar yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 35-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışına dair məlumat, o cümlədən “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb. Nəşrin növbəti […]

ELAN

Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə  2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə […]

ELAN

20 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilikkeçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə borudakı qaz axını ilə mühit arasındakı istilik mübadiləsi prosesi nəzərə alınmaqla, lay-quyu sistemində qeyri-stasionar qaz hərəkətinin modeli […]

ELAN

Bilgəh (04.11-18.11— 180AZN), Bilgəh (19.11-03.12—180 AZN), Abşeron (20.10-03.11—150AZN), Abşeron (09.11-23.11 — 150AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

13  oktyabr  2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin  müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri”  şöbələrinin birgə iclasında  AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi 13 oktyabr 2021-ci il tarixində saat 1100-da İnstitutun akt zalında […]

Faydalı linklər