31/05/2023
31 may 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. İnstitutun Qeyri-harmonik analiz şöbəsi r.e.d., dosent Telman Qasımov “Sonlu parçada verilmiş adi differensial operatorların məxsusi funksiyalarının bazislik xassələri” mövzusunda məruzə edib. Məruzədə sonlu parçada verilmiş adi diferensial operatorlar üçün iki nöqtəli, çoxnöqtəli və inteqral şərtləri ilə verilən sərhəd məsələlərinin requlyar […]
24/05/2023
24 may 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. RMİ-nin ümuminstitut seminarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Hacıyeva Günel Razim qızı «2mx2m Dirak sisteminin məxsusi və qoşulmuş vektor-funksiyalarının xassələri” mövzusunda məruzə edib. Məruzədə 2m tərtibli Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üçün qiymətləndirmələr alınır, məxsusi və qoşulmuş […]
01/03/2023
Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda RMİ-nın “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə etdi. İkinci tərtib kəsilməzlik modulunun verilmiş majorantı ilə təyin olunmuş 2-periodik cəmlənən funksiyalar sinfində onların müxtəlif […]
22/02/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə etdi. Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə altfəzaların riyazi təsviri, ümumiləşmiş Banax-Sobolev fəzaları […]
15/02/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə etdi. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar […]
08/02/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Quliyev Əbdürrəhim “İstilikkeçirmə tənliyinin mənfi olmayan həlləri üçün artım tip teoremlər və onların tətbiqləri” mövzusunda məruzə etdi. Məruzədə istilikkeçirmə tənliyinin klassik mənfi olmayan həlləri üçün istilik tutumu və istilik potensialı terminlərində artım tip teoremlər haqqındakı alınmış nəticələr və bu […]