01/02/2023
Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşuna bir düzəliş” mövzusunda məruzə etdi. Müasir dövrdə özlüelastiklik nəzəriyyəsi məsələsinin qoyuluşunda müxtəlif təyinedici tənliklərdən, o cümlədən deformasiya prosesinə yığılan zədələrin təsirini nəzərə alan tənliklərdən istifadə olunur. Ancaq bu […]
25/01/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi” mövzusunda məruzə etdi. Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsinə həsr […]
21/12/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova “ “1/4-Kadets” teoreminin abstrakt analoqu haqqında ” mövzusunda məruzə ilə etdi. Məruzədə həyəcanlanmış eksponent sisteminin Lebeq fəzalarında bazislik xassələrinin öyrənilməsi haqqında müəyyən məlumatlar verilir. Riman sərhəd məsələsinin bir abstrakt analoquna baxılır […]
07/12/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. Mübariz Hacıbəyov “Ümumiləşmiş potensialların kəsilməzlik məsələləri” mövzusunda məruzə etdi. Məruzə ümumiləşmiş Riss potensiallarının və ümumiləşmiş loqarifmik potensialların kəsilməzlik məsələlərinə həsr olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01/12/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Zamanla dəyişən gecikməyə malik müqavimət qüvvələrinin təsiri altında asma körpünün salınımlarının dinamikası” mövzusunda məruzə etdi. Məruzə zamanla dəyişən gecikmə ilə körpü məsələsinin riyazi modeli nəzərdən keçirilir. Həllin mövcudluğu və unikallığı bu problemi bəzi funksiyalar […]
30/11/2022
Bu gün Elm və Təhsil nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Differensial tənliklər” şöbəsinin professoru Əllədin Şəmilov “Stoxostik diferensial tənliklərin həllərinin təqribi paylaşma funksiyaları” mövzusunda məruzə etdi. Məruzə, ümumiləşmiş entropiya optillaşdırma üsullarının stoxostik diferensial tənliklər nəzəriyyəsinə tətbiq oluna bilməsi əsaslandırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]