30/11/2022
Bu gün Elm və Təhsil nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Differensial tənliklər” şöbəsinin professoru Əllədin Şəmilov “Stoxostik diferensial tənliklərin həllərinin təqribi paylaşma funksiyaları” mövzusunda məruzə etdi. Məruzə, ümumiləşmiş entropiya optillaşdırma üsullarının stoxostik diferensial tənliklər nəzəriyyəsinə tətbiq oluna bilməsi əsaslandırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
16/11/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin f-r.e.n. Mübariz Rəsulov “Qeyri-stasionar dalğaların məhdud ölçülü oblastda yayılması məsələlərinin həlli” mövzusunda məruzə etdi. Məruzə, özünün Laplas-Furye çevirməsi ilə üst-üstə düşən funksiyaların tətbiqi ilə məhdud ölçülü mühitlər üçün elastodinamika məsələlərinin tənliklərinin cəbri tənliklərə gətirilməsinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]
16/11/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikov “Hamar olmayan və cırlaşmaya malik variasiya məsələlərində ekstremum üçün zəruri şərtlər və yeni sinif məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər”mövzusunda məruzə etdi. Məruzədə klassik variasiya məsələsi üçün trayektoriyanın yeni variasiyası […]
02/11/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda Şturm-Liuvil operatorunun bərpası haqqında son elmi nəticələr […]
26/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əliyev “Tənliyə və sərhəd şərtinə spektral parametr daxil olduqda ikinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələsinin məxsusi ədədlərinin asimptotik özünü aparması” mövzusunda məruzə etdi. Məruzədə baxılan sərhəd məsələsinin məxsusi qiymətləri üçün asimptotik düsturlar […]
19/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə etdi. Məruzədə yeni sinif 2-ci tərtib cırlaşan xətti parabolik tənliklər üçün mövzuda qeyd edilən məsələlər tədqiq edilir. […]