Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Seminarlar

Fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Operatorlar ardıcıllığının yığılması haqqında bəzi teorəmlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Operatorlar ardıcıllığının yığılması haqqında bəzi teorəmlər” mövzusunda məruzə etdi. Tutaq ki, A, T və B Banax fəzasında təsir edən məhdud xətti operatorlardır. Məruzədə {AnTBn } ardıcıqlarının yığılması haqqında bəzi zəruri və kafi şərtlər verilir. Alınan nəticələr Teoplitz və […]

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, dos. Əli Babayevin «Математические и логические труды Насиреддина Туси, научная новизна в этих работах» mövzusunda məruzə etmişdir

02.06.2022 tarixində Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun Peterburq filialında (POMİ)  keçirilmiş  “Riyaziyyatın tarixi” adlı  seminarda  “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, dos. Əli Babayevin «Математические и логические труды Насиреддина Туси, научная новизна в этих работах» mövzusunda məruzə etmişdir. Seminarda iştirak etmiş Beynəlxalq Elm Tarixi Akademiyasının və Özbəkistan Respublikasının akademiki, f.-r.e.d., professor Q.P.Matviyevskaya, f.-r.e.d., […]

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə etdi. Məruzədə elliptik tənliklərin qeyri-standart adlanan funksiyaların Banax fəzalarının normalarının doğurduğu Sobolev fəzalarına  nəzərən həll olunma problemlərinə həsr olunub. […]

Fizika-riyaziyyat elmləri doktoru, professor Alik Malik oğlu Nəcəfovun “Grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin tədqiqi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Malik oğlu Nəcəfovun “Grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin tədqiqi” mövzusunda məruzə etdi. Məruzə grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin varlığı, yeganəliyi və hamarlıq məsələlərinin araşdırılmasına həsr olunmuşdur. © […]

Professor Hamlet Fərman oğlu Quliyev “Xüsusi törəməli tənliklər üçün optimal idarəetnə məsələləri haqqında” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında AMEA RMİ-nin “Optimal İdarəetmə” şöbəsinin əməkdaşı, professor Hamlet Fərman oğlu Quliyev “Xüsusi törəməli tənliklər üçün optimal idarəetnə məsələləri haqqında” mövzusunda məruzə etdi. Məruzədə xüsusi törəməli tənliklər üçün optimal idarəetnə məsələlərində son dövrlərdə alınan nəticələr haqqında məlumat verildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda plenar məruzə ilə çıxış etmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində Umummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda keçirilən Respublika elmi konfransının (11-13 may 2022-ci il) açılışında “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik məsələsininhəll metodu və onun tədbiqləri” mövzusunda plenar məruzə ilə […]

Faydalı linklər