Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Həmkarlar Təşkilatının təşəbbüsü ilə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun  Həmkarlar Təşkilatının təşəbbüsü ilə Azərbaycan kino tarixçisi, jurnalist, pedaqoq Aydın Kazımzadə,  kitab qrafikasının parlaq nümayəndəsi Arif Hüseynov və əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev ilə görüş keçirilmişdi. Görüş iştirakçıların marağına səbəb olmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə […]

“Optimal İdarəetmə” şöbəsinin “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda seminarı keçirilib

“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda çıxış edib. Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılıb. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu […]

Alimlər kağızdan möhkəm material hazırlayıblar

İsveç Kral Texnologiya İnstitutu və ABŞ Kimya Cəmiyyətinin əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir. hi-news.ru saytının məlumatına görə, alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər. Belə ki, nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu […]

“Riss potensialının komutatorunun dəyişən dərəcəli sıfırlanan çəkili ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Cavanşir Cavad oğlu Həsənov “Riss potensialının komutatorunun dəyişən dərəcəli sıfırlanan çəkili ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Riss potensialının komutatorunun dəyişən dərəcəli sıfırlanan çəkili ümumiləşmiş Morri […]

E L A N

11.05.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Cavanşir Cavad oğlu Həsənov “Riss potensialının komutatorunun dəyişən dərəcəli sıfırlanan çəkili ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Riss potensialının komutatorunun dəyişən dərəcəli sıfırlanan çəkili ümumiləşmiş […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər