Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

25.04.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanova “AMEA Rəyasət Heyətinin mükafatı” diplomu təqdim olunub

Aprelin 18-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamına əsasən təsis olunmuş Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “AMEA Rəyasət Heyətinin mükafatı” diplomu Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və və institutun “Elmi texniki informasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, […]

“Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda seminar keçirilib

“Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edib. Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr olunmuşdur. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert […]

E L A N

19.04.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret […]

Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar – dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb. Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər. Qeyd edildi ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji […]

İki alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 5-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər