Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Müdriklərin sultanı – Nəsirəddin Tusi (XI hissə)

Nisbət və ədəd. “Cami əl-hesab bit-təxt vət-turab” traktatının ([17]) kəsrlərə həsr edilmiş ikinci hissəsinin birinci fəslinin ilk müddəasında ədəd haqqında NəsirəddinTusi söyləyir: “Ədəd vahidə və ya vahidlərdən düzələn topluya ya mütləq olaraq, ya da vahid fərz olunan bir topluya mənsub edilərək götürülən kəmiyyətə deyilir”. Göründüyü kimi, N.Tusi vahidi ədəd saymışdır. Nisbət və ədəd anlayışları arasında […]

Dissertasiya şurasının iclası keçiriləcək

11 may 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Humay Şəmşəddin qızı Rzayevanın “Bəzi diferensial operatorlar üçün məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu” 1211.01–Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün […]

“Clarivate Analytics (Thomson Reuters)” agentliyi AMEA-da növbəti seminar keçirib

Mayın 2-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics (Thomson Reuters)” agentliyi tərəfindən akademiyanın elmi müəssisələrinin əməkdaşları üçün iki günlük seminara start verilib. Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb, iki qurum arasında mövcud əməkdaşlıqdan, agentliyin “Web of Science” məlumat bazasının ölkəmiz üzrə […]

Akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə müsabiqə elan olunur

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə görkəmli alim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illik yubileyi münasibətilə müsabiqə elan olunur. Müsabiqədə FRTEB-ə daxil olan institutların yaşı 35-ə qədər olan gənc alim və mütəxəssisləri iştirak edə bilərlər. Namizəd haqqında təqdimat, onların elmi […]

Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilib. Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində” adlı məruzə ilə çıxış edib. Hörmətli konfrans iştirakçıları! Əvvala Sizin hər birinizi salamlayıram […]

Dissertasiya şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının növbəti iclası keçirlib. İclasda Telman Benser oğlu Qasımovun 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib. © […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər