Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellektə malik robot ilk dəfə insanları fiziki cəhətdən üstələdi

İsveçrənin Sürix Texniki Ali Məktəbinin (ETH Zurich) tədqiqatçıları məşhur “Labirint” oyununda insanları məğlub edən “CyberRunner” adlı süni intellektli robot yaradıblar. İlk dəfədir ki, süni intellekt öz fiziki bacarıqlarından istifadə edərək insanları məğlub edir. Əvvəllər süni intellekt insanları virtual şahmat, qo və ya kart oyunlarında məğlub etməklə yalnız intellektual qabiliyyətlərini nümayiş etdirib. Təcrübələr zamanı neyroşəbəkə ilə […]

Düşüncələri yazıya çevirən sistem hazırlanır

Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə  fantastik filmlərdə gördüyümüz ağlasığmaz  texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən “BrainGPT” adlı sistem hazırlanır. Sistem  bir növ EEG və ya Elektroensefaloqramma kimi  beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn  beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarəti ilə bağlı xəbər yer alıb. Qəzetin ikinci və üçüncü səhifələrində “Azərbaycan-Özbəkistan elmi əlaqələri yeni inkişaf mərhələsində” başlıqlı AMEA prezidenti akademik İsa Həbibbəylinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına səfərinə dair yazı dərc edilib. Bundan əlavə, qəzetdə “Ulu Öndər […]

Prezident İlham Əliyev: Azərbaycan müəllimlərinin XVI qurultayı “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi ilə əlamətdardır

Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb. “Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. […]

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir

Qurultaya 1600-dən çox nümayəndə qatılıb Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb. Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan […]

Riyaziyyat və Mexanika İnstitutu 2023-cü il üzrə hesabatını təqdim edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, institutun rəhbərliyi, Elmi Şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər. İclası giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir […]

Faydalı linklər