Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub

8 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub. İclasda dissertasiya mövzularının müzakirəsi ilə yanaşı, Şuranın Əsasnaməsinə uyğun olaraq onun qarşısında duran digər vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələr zamanı […]

Həkimlərdən daha dəqiq işləyən süni intellekt sistemi

“Microsoft” şirkətinin mütəxəssisləri  həkimlərdən 4 dəfə daha dəqiq nəticə verən yeni süni intellekt sistemini hazırlayıblar.  “MAI Diagnostic Orchestrator” (qısa adı: MAI-DxO) adlanan sistem tibbi diaqnostikada inqilabi dəyişiklik vəd edir. Yeni sistem “OpenAI”, “Google”, “Meta” və digər şirkətlərin modellərini birləşdirərək “birlikdə qərar” mexanizmi ilə işləyir. 304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemin diaqnostik dəqiqliyi 80 faizə […]

Bu ilin beş ayı üzrə elmmetrik göstəricilər açıqlanıb

2025-ci ilin ilk 5 ayı ərzində “Scopus” elmmetrik bazasında ümumilikdə 2755 məqalə nəşr olunub. Bu məqalələrdən 2000-dən çoxu Q1 və Q2 indeksli elmi jurnallarda nəşr olunub. Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.7 dəfə çox olub (Q1-1465, Q2-546). AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin […]

Süni zəka vasitəsilə elmi rəylərə müdaxilə mexanizmi ifşa olunub

Son zamanlar alimlər öz elmi işlərinin uğurlu ekspert qiymətləndirilməsi şansını artırmaq üçün getdikcə daha çox qeyri-standart üsullara müraciət edirlər. Nikkei Asia jurnalı arXiv saytında yerləşdirilmiş 17 ingilis dilli elmi preprintin aşkarlandığını xəbər verib. Bu preprintlərin müəllifləri Yaponiyadan Vaseda Universiteti, Cənubi Koreyadan KAIST, ABŞ-dan Kolumbiya və Vaşinqton Universitetləri də daxil olmaqla, 8 ölkənin 14 akademik qurumunu təmsil edirlər və əsasən kompüter elmlərinə həsr […]

İnsan qərarlarını proqnozlaşdıran süni zəka hazırlanıb

Alimlər müxtəlif vəziyyətlərdə – qumar oyunlarından tutmuş məntiqi tapşırıqlara qədər – insanların hansı qərarları verəcəklərini dəqiq proqnozlaşdıra bilən Centaur adlı süni zəka modeli hazırlayıblar. Model 160 psixoloji təcrübənin məlumatları əsasında öyrədilib. Bu təcrübələrdə 60 000 insan 10 milyondan çox seçim edib. Nəticədə Centaur 32 testin 31-də klassik idrak nəzəriyyələrini və digər süni zəka sistemlərini geridə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında ilk iki nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Xankəndi öz tarixinin yeni səhifələrini yazır” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qardaş Türkiyədə təntənə ilə qeyd edilib” rubrikası altında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bir qrup nümayəndə heyəti […]