Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyanın ən nüfuzlu universitetlərini idarə edən qadınlar – Araşdırma

Son illərdə ali təhsil sistemində diqqət çəkən mühüm dəyişikliklərdən biri dünyanın aparıcı universitetlərində qadın rəhbərlərin sayının artmasıdır. Uzun müddət universitet rəhbərliyi əsasən kişilərin üstünlük təşkil etdiyi sahə olsa da, bu gün bir sıra nüfuzlu akademik qurumlara qadın alimlər rəhbərlik edir. Bu tendensiya təkcə gender bərabərliyinin güclənməsini deyil, həm də ali təhsildə idarəetmə modelinin dəyişdiyini göstərir. […]

Yel çərşənbəsi – Küləyin gətirdiyi bahar

Yazın gəlişini müjdələyən sərin meh əsir, torpaq baharın nəfəsini duyur. Bu gün Novruzun sayca üçüncü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Heydər çərşənbəsi” və “Küləkli çərşənbə” də deyilir. Qədim inanclara görə, Yel çərşənbəsində oyanan külək bütün dünyanı dolaşaraq təbiətə can verir. O, oyanmış suyu və odu hərəkətə gətirir, torpağa yeni […]

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”. AzərTac

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Hər bir qadına möhkəm cansağlığı, gözəl əhvali-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!”.

Riyaziyyat Institutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək […]

AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara dövlət təltifləri təqdim edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə ali məktəbin əməkdaşlarına Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət təltifləri təqdim edilib. Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, AzMİU məzunlarının həm ölkə […]

Faydalı linklər