Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın  müxbir üzvü, professor Misir Mərdanovun rəhbərliyi ilə qurumun əməkdaşları “Anım günü” ilə əlaqədar sentyabrın 26-da II Şəhidlər Xiyabanını ziyarət ediblər. İnstitutun Həmkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilən ziyarətdə əməkdaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxumuş və […]

Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına 2022/2023-cü tədris ili üzrə qəbul olunanlar haqqında MƏLUMAT

060501 – “Riyaziyyat ” ixtisası “Riyazi analiz ” ixtisaslaşması üzrə1. Bayramova Nasxanım Cəlal qızı -78 bal,  Azərbaycan  Dövlət  Pedaqoji Universiteti 2022 2. Rufullazadə Aytac Əyyub qızı-76 bal,  Bakı  Dövlət Universiteti – 2022 3. Babazadə Maya Əjdər qızı- 75 bal (Ödənişli), Xəzər Universiteti 2022   “Riyazi fizika” ixtisaslaşması üzrə4. Hüseynzadə Sevinc Eldar qızı-76 bal,  Azərbaycan  Dövlət […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Laçın rayonuna səfəri, həmçinin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Audiovizual yerüstü yayım həyata keçirən dövlət […]

AMEA-nın Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

Sentyabrın 23-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Əvvəlcə akademik Arif Həşimov ölkə başçısı tərəfindən Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovaya mükafatını təqdim edib. Akademik […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

23 sentyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov plenar məruzə ilə çıxış edib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 19 sentyabr 2022-ci il tarixdə İrkutskı Dövlət Universitetində keçirilən “4-я международная конференция Динамические системы и компьютерные науки: теория и приложения”(DYSC 2022) adlı beynəlxalq konfransda, “Необходимые условия оптимальности для нового класса особых управлений” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. Məruzədə yeni məxsusi idarə anlayışı verilmiş, araşdırılan funksionalın […]

Faydalı linklər