Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Eminağa Məmmədovun 60 yaşı tamam olur

Eminağa Mirzağa oğlu Məmmədov 12 iyun 1962-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, 1979-cu ildə C.Cabbarlı adına Ərkivan Kənd Orta Məktəbini bitirmiş, 1979-1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlər Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil almış, 1982-1985-ci illərdə Leninqrad Dövlət Universitetinin Riyaziyyat və Mexanika fakültəsində ali təhsilini tamamlamışdır. 1985-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasınin Mexanika və […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

10 iyun 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları”   mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin  və  “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-1.030)   Q2 yüksək  impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

06 iyun tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz ” “Diferensial tənliklər” və  “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün  “Diferensial tənliklərin əlavə fəsilləri” , “Cisimdə mayenin axıdılması” fənnlərindən imtahanlar  keçirilmişdir. Keçirilmiş hər iki  imtahan uğurla başa çatıb. Qeyd edək ki, növbəti imtahanlar iyunun 20, 24 […]

“Elm” qəzetinin “TEKNOFEST Azərbaycan” festivalına həsr edilmiş xüsusi buraxılışı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 26-29 may tarixlərində Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalına həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb. Qəzetin ilk səhifələrində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər […]

Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

İyunun 3-də Riyaziyyat və Mexanika İnstitutunda “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə təhsil alan II kurs magistrantı Rzayeva Vüsalə Bayazxan qızının magistrlik dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.  Müzakirədə şöbə müdiri və elmi rəhbər f.-r.e.d., prof. Lətif Talıblı, şöbənin digər əməkdaşları və təhsil şöbəsinin nümayəndəsi iştirak etmişdir. Magistrant yerinə yetirdiyi dissertasiya işini təqdimat vasitəsilə iclas iiştirakçılarının […]

Faydalı linklər