Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 12-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və aidiyyəti şəxslər […]

Riyaziyyat və Mexanika və İnformasiya Texnologiyaları institutlarının 2021-ci il üçün hesabatları müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclasında Riyaziyyat və Mexanika (RMİ), İnformasiya Texnologiyaları (İTİ) institutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin 2021-ci  ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi […]

“Kompüter texnologiyaları və riyazi statistika” şöbəsinin müdiri, t.ü.f.d., dosent Həsən Əli oğlu Nağıyev “Qeyri-xətti iki və üç ölçülü dinamik sistemlərin Matlab sistemində vizual idarə olunması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Kompüter texnologiyaları və riyazi statistika” şöbəsinin müdiri, t.ü.f.d., dosent Həsən Əli oğlu Nağıyev “Qeyri-xətti iki və üç ölçülü dinamik sistemlərin Matlab sistemində vizual idarə olunması” mövzusunda məruzə etdi. Məruzədə qeyri xətti iki və üç tərtibli avtonom sistem kimi ifadə olunmuş obyektlərin faza […]

Moskva Dövlət Universitetinin professoru “Lobaçevski Mükafatına” layiq görülüb

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Proceedings” jurnalının redaksiya heyətinin üzvü, Moskva Dövlət Universitetinin professoru İdjat Sabitov riyaziyyat üzrə dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Lobaçevski Mükafatına” layiq görülüb. Professor Sabitovu Azərbaycan Riyaziyyatçıları adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzu edirik. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: […]

Şuşanın Azərbaycanın əbədi və əzəli şəhəri olduğu “Şuşa İli”ndə bir daha dünyaya bəyan ediləcək

Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamı xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Belə bir tarixi sənədin sevinclə qarşılanması Qarabağın bu tarixi məkanına olan sevgidən, bu şəhərə müqəddəs münasibətdən irəli gəlib. Bu həssas, bu duyğulu hisslər Şuşa işğaldan azad edilən gün möhtərəm Prezidentimizin xalqımıza çatdırdığı müjdə zamanı […]

Hüseynova Elmira xanımı 55 yaşı münasibətilə təbrik edirik!

Hüseynova Elmira Həsən qızı 09 yanvar 1967-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuşdur. 1986-1989 illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili, fakültəsinin “Iqtisadçı mühasib” ixtisası üzrə təhsil almışdır. 1990-1997-ci illərdə Gürcüstan Respublikasında mühasib kimi çalışmış, 2003-cü ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda (2003-2014-cü ilə kimi “Funksional analiz” […]

Faydalı linklər