Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı heyvan növünü uğurla oyandırdıqlarını elan ediblər. Tədqiqatın təfərrüatları Current Biology jurnalında dərc olunub. Yeni tədqiqat çərçivəsində alimlər Sibirin ekstremal soyuq iqlim şəraitində minilliklər ərzində sağ qalmağı bacarmış rotatoriləri təsvir ediblər. Bu kiçik ölçülü canlı orqanizmin əksər növü şirin sularda, digərləri isə dənizlərdə yaşayır. Bu tədqiqatı aparmış […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

29 iyun 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Aida Xurşud qızı Əsgərovanın “Kəsilməz funksiyalar fəzasının altcəbrləri cəmi ilə yaxınlaşma” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən […]

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili tamam olur. AZƏRTAC xəbər verir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı yer alıb. Nəşrin növbəti səhifələrində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın iştirakçılarının ölkə başçısına müraciəti, AMEA Rəyasət Heyətinin […]

Ümuminstitut seminarında riyaziyyat elmləri doktoru Vüqar İsmayılov “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda məruzə ilə çıxış edib

23 iyun 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d., Vüqar Elman oğlu İsmayılov “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılmış və bu məsələdə […]

İlin peşəkar gənci

2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adınn verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının icraiyyə Komitəsi qərar qəbul etmişdir. Qərarda deyilir ki, respublikada həmkarlar ittifaqı üzvlərinin üçdə biri 35yaşınadək olan gənclərdir. Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Həmkarlar […]

Faydalı linklər