Azərbaycan Elm Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir. 4-cü Azərbaycan-Türkiyə (“AzTürk-4”) beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elm Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə […]
Altsheymer xəstəliyinin gedişatını dayandıra biləcək yeni dərman preparatı yaradılıb. Klinik sınaqlar bu müalicə üsulunun demensiyaya qarşı indiyədək hazırlanmış ən güclü vasitə ola biləcəyini göstərir. Kanadanın Toronto şəhərində keçirilən Altsheymer Assosiasiyasının beynəlxalq konfransında təqdim olunan nəticələrə əsasən, yeni dərman beynin yaddaşla əlaqəli hissələrində yaranan zərərli amiloid lövhəciklərini mövcud lisenziyalı dərmanlardan daha sürətli şəkildə təmizləyə bilir. Sınaqlarda […]
İyulun 25-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az
Çinli alimlər okeanologiyada inqilab edəcək yeniliyə imza atıblar. Belə ki, Çinin Dövlət Gəmiqayırma Korporasiyası Şanxayda ölkənin ilk intellektual pilotsuz okeanoqrafik tədqiqat gəmisi – “Tuntszi”ni istifadəyə verib. Adını Tuntszi Universitetindən alan gəmi tamamilə yerli şirkətlər tərəfindən layihələndirilib və inşa edilib. Ekoloji cəhətdən təmiz, səssiz və intellektual gəmi elmi-tədqiqat üçün hazırlanmış nəqliyyat vasitəsinin yeni nəslini təmsil edir. […]
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında sonuncu nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciəti və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili […]
İyulun 23-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az