04/04/2019
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə” müsabiqəsinin, eləcə də “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib. Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) 2017-2018-ci illərdəki fəaliyyəti […]
04/04/2019
AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, institutun 60 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkili üçün görüləcək işlərdən danışıb. Sonra I və II kurs magistrlərin 2018/2019-cu tədris ilinin payız semestri və […]
04/04/2019
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub. İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub. […]
05 aprel 2019-cu il tarixində saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr maksimal operator və onun kommutatorunun Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operator və onun kommutatorunun Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri […]
04/04/2019
“AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqə keçiriləcək. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında verilib. İclasda bildirilib ki, “AMEA-nın professoru” adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülməlidir. Qeyd olunub ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həlləri” mövzusunda məruzə edib. Məruzədə qeyri-xətti hiperbolik tənliklər üçün akustik şərtli qarışıq məsələlər və qoşmalıq şərtli qarışıq məsələlərlə bağlı əsas nəticələr haqqında məlumat […]