Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm Gününə həsr olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi […]

Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb. Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçirilməsi barədə AMEA prezidenti tərəfindən sərəncam imzalanıb. […]

Azərbaycan “Web of Science®” bazasına daxil olan elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideridir

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu […]

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin, həmin institutun dissertantı Bədəlov Xəyyam və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Cavanşir Həsənovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin proqramı çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematical Inequalities and Applications” 0.649 […]

“BMO əmsallı diverqent olmayan elliptik tənliklərin həllərinin qlobal requlyarlığı” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun  “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “BMO əmsallı diverqent olmayan elliptik tənliklərin həllərinin qlobal requlyarlığı” mövzusunda məruzə edib. Məruzədə BMO əmsallı diverqent olmayan elliptik tənliklərin həllərinin qlobal requlyarlığı haqqında danışılıb. © Bütün hüquqlar qorunur. […]

“Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) və […]

Faydalı linklər